Məktəblər açılır - Avtobusların sayı artırılacaq?

Dərslərin başlanması ilə əlaqədar avtobusların sayı artırılıb.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib:

"Marşrut xətlərində avtobus sayı gündəlik nəzarətə götürülüb. Sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur. Hazırda 31 marşrut xətti üzrə sərnişindaşımaya əlavə olaraq 112 avtobus cəlb edilib. Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 11, 13, 14, 21, 33, 38, 40, 46, 49, 60, 71, 77, 79, 88, 96, 114A, 114B, 119, 125, 133, 136, 160, 165, 199, 206 və M8 marşrut xətlərinə buraxılıb. Müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir. İctimaiyyətə bu barədə məlumat veriləcək".

Həmçinin qeyd edilib ki, daşıyıcılarla keçirilən görüşlərdə sərnişin tələbatı barədə məlumatların mütəmadi olaraq AYNA-ya təqdim edilməsi barədə tapşırıq verilib:

"Həmçinin avtobus parklarına baxış keçirilərək nəqliyyat vasitələrinin sazlığı yoxlanılıb. Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı