Qazaxıstandan Türkiyəyə mühüm jest

Qazaxıstan Prezidenti Kasım Cömert Tokayev xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Metbuat.az xəbər verir ki, Tokayev çıxışında Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Astanada küçələrdən birinə Anadolu adının verilməsi barədə tapşırıq verdiyini ifadə edib. Qazaxıstanın Rəyasət Heyətinin Mətbuat Mərkəzinin açıqlamasına görə, Tokayev Fidanı xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və onun Qazaxıstan və Türkiyə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Bu il Cümhuriyyətin 100-cü ildönümünün qeyd olunacağına diqqət çəkən Tokayev, “Türkiyə 100 ildə siyasi, sosial, iqtisadi, mədəni və humanitar sahələrdə böyük uğurlar əldə edib. Regional və qlobal problemlərin həllində fəal iştirak edərək beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib.Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Astanada küçələrdən birinə Anadolu adının verilməsini tapşırmışam” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı