Üçtərəfli bəyanatdan sonra mina partlayışından ölən və xəsarət alanların sayı bilindi

2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 11-dək olan dövrdə işğaldan azad edilmiş ərazilərdə 306 nəfər minadan zərər çəkib.

Metbuat.az xəbər verir ki, onlardan 55 nəfəri həlak olub, 251 nəfəri isə yaralanıb.

O cümlədən, 42 mülki şəxs həlak olub, 101 nəfər isə xəsarət alıb. Eyni zamanda, 13 hərbi qulluqçu həyatını itirib, 150 nəfər isə yaralanıb.

Həmin dövrdə 96 558 ədəd mina və digər partlayıcı vasitələr aşkar edilib. Onlardan 47461-i partlamamış hərbi sursatlar, 26568-i piyadalar əleyhinə, 17028-i isə tank əleyhinə minalardır. Bu dövr ərzində 965,587.994 kv.m ərazi (96 558,8 ha) - mina və digər partlayıcı qurğulardan təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı