Mourinyo "Qalatasaray"ın təklifini rədd etdi

"Qalatasaray" "Roma"nın futbolçusu Zeki Çeliki transfer etməyə cəhd edib.

Metbuat.az xəbər verir ki, “Roma” “Qalatasaray”ın təklini rədd edib. İtaliyanın “La Gazzetta dello Sport” qəzetinin xəbərinə görə, Çelikin klubdan ayrılmasına baş məşqçi Joze Mourinyo imkan verməyib. Bildirilir ki, "Qalatasaray" “Roma” ilə danışıqlara başlamaq istəsə də, rədd cavabı alıb.

Məlumata görə, “Roma”nın baş məşqçisi Zekinin göndərilməsini istəmir. Çünki “Lids Yunayted”dən icarəyə götürülən sağ cinah müdafiəçisi Rasmus Kristensen Maliyyə Fair Play şərtlərinə görə UEFA siyahısına daxil edilməyib. Zeki Çelik Rasmus Kristensenin yerinə Avropa oyunlarında yer alacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı