Azərbaycan millisi qələbə qazandı

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Metbuat.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda İordaniya yığması ilə üz-üzə gəlib.

"Dalğa Arena"dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

45+1-ci dəqiqədə Emin Mahmudov penaltidən fərqlənərək hesabı açıb. 57-ci dəqiqədə rəqibin heyətində Nizar Əl Raşdan tarazlığı bərpa edib. 79-cu dəqiqədə Renat Dadaşov qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, Azərbaycan millisi üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində eyni arenada Belçikaya 0:1 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı