ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller növbəti dəfə Azərbaycan və Ermənistan arasındakı münasibətlərdən danışıb.
Metbuat.az xəbər verir ki, bu barədə Departamentin rəsmi saytında məlumat yerləşdirilib:
"Dünən də qeyd etdiyim kimi, dövlət katibi son bir həftə ərzində çoxsaylı təmaslarla şəxsən bu prosesdə iştirak edib. Son 24 saat ərzində Ağdam marşrutu ilə Qarabağa humanitar yüklərin bir partiyası keçib və ona görə də biz bu məsələnin vacibliyi ilə bağlı konkret məqamı bir daha təkrar edəcəyik: qısamüddətli məsələ kimi hər iki dəhlizin açılması və daha uzunmüddətli məsələ kimi isə iki ölkənin yekun razılığa gəlməsi".
Metyu Miller Rusiya Prezidentinin Ermənistan və Azərbaycanla bağlı səsləndirdiyi fikrə şərh verməyəcəyini qeyd edib.