Daha bir ölkədə müharibə elan edildi

2015-ci ildə Malinin şimalında silahı yerə qoyan keçmiş “Tuareg” üsyançıları Mali ordusuna müharibə elan etdiklərini açıqlayıblar.

Metbuat.az xəbər verir ki, üsyançılar bütün tərəfdarlarını bu müharibəyə qoşulmaya çağırıblar. Üsyançılar Şimali Qao bölgəsində yerləşən Bourem şəhərində ordu ilə toqquşduğunu və şəhəri nəzarətə götürdüyünü açıqlayıb.

Lakin sonradan üsyançıların şəhərdən çəkildiyi barədə məlumat qeyd edilib. Üsyançılar bundan əvvəl Mali ordusuna məxsus döyüş təyyarəsini vurduqlarını açıqlayıblar. Ordu isə hadisənin texniki nasazlığa görə baş verdiyini qeyd edib.

Qeyd edək ki keçmiş üsyançılarla ordu arasında gərginlik Birləşmiş Millətlər Təşkilatının Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyasının bazalara nəzarəti orduya təhvil verdiyini açıqlamasından sonra başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı