Bakıda 12 marşrut xətti üzrə sərnişindaşımaya əlavə 20 avtobus cəlb edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, ümumilikdə 43 marşrut xətti üzrə sərnişin daşınmasına əlavə olaraq 132 avtobus buraxılıb.
Bunlar 1, 2, 3, 6, 7A, 7B, 11, 13, 14, 17, 21, 31, 33, 38, 40, 46, 49, 50, 60, 67, 71, 77, 79, 88, 92, 96, 113, 114A, 114B, 119, 125, 133, 135, 136, 160, 165, 172, 179, 189, 199, 206, 214 və M8 marşrut xətləridir.
Qeyd edilib ki, hazırda müntəzəm avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı 1 886-dır. Ötən ilin eyni dövründə isə say 1 697 olub.