Messi Mayamidə sərvət dəyərində malikanə aldı - FOTO

Lionel Messi Mayamidə dəbdəbəli ev alıb.

Metbuat.az xəbər verir ki, malikanə “İnter Mayami”nin stadionundan 15 dəqiqə məsafədə yerləşir. Cənubi Florida şəhərətrafı qəsəbəsində yerləşən malikanənin qiyməti təxminən 10,8 milyon dollardır. Məlumata görə, satınalma Messinin sərmayələrini idarə etməyə kömək edən firma tərəfindən həyata keçirilib. Açıqlamaya görə, Florida ştatının Fort Lauderdale şəhərindəki 975 kvadratmetrlik evdə 8 yataq otağı, üç avtomobillik qaraj və hovuz var. Əmlak daha əvvəl 2022-ci ilin mayında 9 milyon dollara satılmışdı.

Qeyd edək ki, Messi Mayami bölgəsindəki “Sunny Isles Beach”də 7,3 milyon dollarlıq tam mərtəbəli mənzilə sahibdir. Onun başqa evləri də var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR