İşıqforlarda “yaşıl dalğa” əmri ARTIRILDI

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarından başlayaraq şəhər ərazisində təhsil ocaqlarının yerləşdiyi ərazilərdə həm NİİM-in müşahidə kamerları vasitəsilə, həm yol polisi əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib.

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təhsil müəssisələrinin yaxınlığında olan yollarda sıxlığın və tıxacların yaranmaması üçün işıqforlarda “yaşıl dalğa” əmri artırılıb. Yollarda vəziyyət nəzarət altındadır", - deyə Ömər Xıdırov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı