Əməkdar artist Lalə Məmmədova ilə görüş keçirildi - FOTO

Sentyabrın 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış müğənni, Azərbaycan Respublikasının əməkdar artisti Lalə Məmmədova ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “MədəniyyətimİZ” layihəsinin koordinatoru Riad Cəbrayılov qeyd edib ki, 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində mütəmadi olaraq mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlər keçirilir. Bildirilib ki, ictimai, mədəni və sosial layihələrin hazırlanması, işlənməsi istiqamətində yaradıcı gənclərin iştirakçılıq potensialının artırılması baxımından “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçirilən tədbirlər olduqca unikal və bu sahədə müxtəlif vəzifələrin icrasına müvafiq şəraiti yaradacaq amilə çevirilib.

Musiqi, teatr, sənətkarlıq və bütün incəsənət sahələr üzrə inkişafın məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasından söhbət açan Riad Cəbrayılov günümüzdə bu istiqamətdə görülən mədəni-kütləvi layihələrdən, Prezident İlham Əliyevin bu sahəyə böyük diqqət və qayğısından, eləcə də, beynəlxalq mədəniyyət tədbirlərinin ölkəmizdə təşkilinin əhəmiyyətindən danışıb.

Daha sonra əməkdar artist Lalə Məmmədova geniş təqdimatla çıxış edib. Müğənni Ümummilli Lider Heydər Əliyevin zəngin Azərbaycan tarixinin, musiqi mədəniyyətinin inkişafında rolundan, ölkə gənclərinin yaradıcılıq fəaliyyətlərinin stimullaşdırılması məqsədilə həyata keçirilən müxtəlif dövlət proqramları və layihələrdən söhbət açıb. Peşəkar musiqi mədəniyyətimizin təbliği, müasir tendesiyalarla milli musiqi ifaçılığının sintezi məsələləri görüş müddətində geniş müzakirə olunub.

Tədbir “Populyar musiqi ifaçılığı mədəniyyətində milli ənənələr”, “Müasir trendlər: kreativ musiqi sənayesin və inkişafı amilləri” və “Estrada sənətimiz: dünənimiz, bugünümüz, sabahımız” mövzularında panel müzakirə ilə davam edib. Tədbirin davamında auditoriyanın çoxsaylı sualları cavablandırılıb.

Görüşün bədii hissəsində əməkdar artist Lalə Məmmədovanın ifasında sevilən “Söylə, söylə”, “Məktəb illəri” və müxtəlif nəğmələr səsləndirilib. Həmçinin gənc estrada nümayəndələrinin çıxışları böyük rəğbətlə qarşılanıb. Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı