Şəkidə yol-nəqliyyat hadisəsi qəza ilə nəticələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, sentyabrın 15-i saat 08 radələrində Şəki şəhəri ərazisində Vüqar Məmmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən piyada, 1953-cü il təvəllüdlü Cəfərov Seyfəddin Fəxrəddin oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Cəfərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.