ABŞ şirkəti Premyer Liqa klubunun yeni sahibi oldu

İngiltərə Premyer Liqa təmsilçisi "Everton"un sahibi dəyişib.

Metbuat.az bildirir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilir. "Everton"un sahibi Fərhad Moshiri klubun 94 faizlik hissəsini Mayaminin "777 Partners" investisiya şirkətinə satıb. "777 Partners" "Sevilya" (İspaniya), "Herta" (Almaniya) və "Standard" (Belçika) klubunun da səhmdarları arasında yer alır.

2016-cı ildə "Everton"u alan Fərhad Moshiri ilin sonunadək klubu yeni səhmdara təhvil verməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı