Yoxa çıxan nazir həbs edilib - İDDİA

İngiltərənin "Financial Times" qəzeti 2 həftədən artıqdır xəbər alınmayan Çin müdafiə naziri Li Şanfunun saxlanıldığını iddia edib.

Metbuat.az xəbər verir ki, qəzet ABŞ rəsmilərinə əsaslanaraq belə xəbər dərc edib. Xəbərdə deyilir ki, Çin müdafiə naziri Li Şanfu sonuncu dəfə Pekində keçirilən Çin-Afrika Forumunda iştirak edib. “Reuters” xəbər agentliyi Çin nazirinin Vyetnam müdafiə rəsmiləri ilə keçən həftəki görüşünü son anda ləğv etdiyini yazıb.

Qeyd edək ki, Çinin müdafiə naziri Li Şanfu bu il posta gətirilib. Bundan əvvəl keçmiş xarici işlər naziri Çin Gang yoxa çıxıb. Ardınca onun postundan uzaqlaşdırıldığı açıqlanıb. Qərb mediasının iddiasına görə, Çin Gang Qərb ölkələri ilə gizli əməkdaşlıqda ittiham edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı