Veşoviç "Qarabağ"a nə vaxt qayıdır? - AÇIQLAMA

"Qarabağ"ın futbolçusu Marko Veşoviç zədəsini sağaltmaq üzrədir.

Metbuat.az bildirir ki, bu barədə Qol.az saytına açıqlamasnda klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib. O, 32 yaşlı müdafiəçinin hazırda vətəni Monteneqroda fərdi məşqlər etdiyini, 1 həftə sonra komandaya qoşulacağını qeyd edib:

"Marko fərdi məşqlərini davam etdirir. "Molde" ilə oyunu buraxacaq. Amma onun 1 həftə sonra komandaya qatılacağı gözlənilir".

Qeyd edək ki, Marko iyulun 25-də, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Rakov"la görüşdən əvvəl Polşadakı “Miejski” arenasında keçirilən məşq zamanı budundan zədə almışdı. O, həmin vaxtdan etibarən yaşıl meydanlardan kənardadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı