2024-2027-ci illərdə COVID-19 pandemiyası aktual olmayacaq

COVID-19 pandemiyası və ərzaq böhranı istisna olmaqla, sözügedən çağırışlar növbəti 2024-2027-ci illər üzrə büdcə siyasətinin formalaşdırılmasına təsir edən bir sıra çağırışlar sırasında olmayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib.

Sənəddə qeyd edilib ki, 2022-2025 və 2023-2026-cı illər üzrə hazırlanmış büdcə çərçivəsi sənədlərində büdcə siyasətinin formalaşdırılmasına təsir edən bir sıra çağırışlar əks olunub. COVID-19 pandemiyası və ərzaq böhranı istisna olmaqla, sözügedən çağırışlar növbəti 2024-2027-ci illəri əhatə edən ortamüddətli dövrdə də öz aktuallığını qoruyacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı