Polşa yeni silahları Ukraynaya verməkdən imtina etdi

"Polşanın təhlükəsizliyini artırmaq üçün milyardlarla dollara aldığımız yeni silahlarımızı başqasına verə bilmərik".

Metbuat.az xəbər verir ki, Polşa Prezidenti Andrzej Duda belə deyib. O bildirib ki, Baş nazir Mateuş Moraviecki açıqlamalarının sərt qarşılanması doğru deyil. Onun sözlərinə görə, baş nazir yeni silahlardan bəhs edib.

"Polşanın təhlükəsizliyini artırmaq üçün milyardlarla dollara aldığımız yeni silahlarımızı başqasına ötürə bilmərik. Cənubi Koreyadan və ya ABŞ-dan aldığımız Abrams, Patriot sistemləri və ya HIMARS kimi yeni silahların verilməsinə ilk qarşı çıxan mənəm” - Andrzej Duda deyib.

Qeyd edək ki, Baş nazir Mateuş Moraviecki Ukraynaya silah verməyəcəklərini bəyan etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı