Pilləkənlərin rəngləri Ərdoğanın etirazına səbəb oldu - FOTO

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdakı Türk Evində jurnalistlərin suallarını cavablandırıb.

Metbuat.az xəbər verir ki, LGBT rəmzlərinin tətbiqinə diqqət çəkən Ərdoğan, BMT Baş Assambleyasının girişindəki pilləkənlərin bəzi yerlərində LGBT-ni təmsil edən rənglərin olmasını tənqid edib.

"Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına daxil olanda görürsünüz ki, LGBT rəngləri var. Hazırda liderlərdən biri LGBT tərəfdarıdır, digər lider isə LGBT-nin əleyhinədir. Belə bir vəziyyət var. Nə etmək nəzərdə tutulur? Mən baş katiblə bu haqda danışmaq fürsəti tapmaq istərdim. Hazırda dünyada nə qədər LGBT tərəfdarı var? Onların hüquqları olduğu kimi, LGBT-lərə qarşı olanlar da eyni hüquqlara malikdirlər. Çünki bu, insani məsələdir və bundan narahat olan insanlar var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR