“Sabah” müdafiəçi Hiqor Qabriellə yollarını ayırıb.
Metbuat.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, H.Qabriel 2022-ci ilin fevralında Bakı təmsilçisinə transfer olmuşdu. O, ötən mövsümün ilk yarısında Belarus “Dinamo”sunda (Minsk), 2-ci yarısında Ukrayna “Lvov”unda icarə əsasında oynamışdı.