“Ermənistanın hazırda aid olduğu təhlükəsizlik strukturları səmərəsizdir”

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ölkəsinin hazırda aid olduğu təhlükəsizlik strukturları səmərəsizdir.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciətində deyib.

Onun sözlərinə görə, Ermənistanın xarici və daxili təhlükəsizlik alətlərini dəyişdirmək və əlavə etmək lazımdır.

O əlavə edib ki, Ermənistan öz müstəqilliyini qorumaq üçün hər şeyi edəcək: “Biz qarşılıqlı faydalı birgə işə hazır olan bütün tərəfdaşlarla əməkdaşlıq etməliyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı