Mehriban Əliyeva Qənirə Paşayeva ilə bağlı tapşırıq verdi

Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən millət vəkili Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür.

Metbuat.az xəbər verir ki, bu barədə millət vəkilinin qardaşı Hüseyn Paşayev “Qafqazinfo”ya bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkilinin müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb:

“Bu gün səhər saatlarında Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov xəstəxanada olub. Heydər Əliyev Fondunun əməkdaşları xəstəxana ilə müntəzəm əlaqədədir və millət vəkilinin müalicəsi üzrə bütün zəruri dəstək və tədbirlər görülür”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı