“Çelsi”nin akademiyasında çalışan Con Terri Səudiyyə Ərəbistanında idman direktoru olacaq.
Metbuat.az xəbər verir ki, İngiltərə futbolunun və "Çelsi"nin əfsanəvi müdafiəçilərindən olan Con Terri ingilis futbol əfsanəsi Stiven Cerrard kimi Səudiyyə Ərəbistanı Liqasına qatılmağa hazırlaşır. “Sports Zone”un məlumatına görə, Terri "Əl-Şəbab"ın yeni idman direktoru olmaq üçün bu ölkəyə gedir. Daha əvvəl "Aston Villa" və "Lids Yunayted"də menecer köməkçisi kimi çalışmış Terri hazırda “Çelsi” akademiyasında çalışır. Bildirilib ki, Terri "Əl-Şəbab"da çalışmaq istədiyi üçün “Çelsi”də menecer vəzifəsini qəbul etməyib.
Qeyd edək, “Çelsi”nin akademiyasında futbola başlayan və 19 il London komandasında çıxış edən Terri 2017-2018 mövsümündə karyerasını “Aston Villa”da başa vurub. Bir vaxtlar İngiltərənin ən önəmli müdafiəçisi olan Terri 78 dəfə milli formanı geyinib.