Sloveniya Xorvatiya ilə sərhəddə nəzarəti gücləndirir

Sloveniyanın səlahiyyətli orqanları qaçqın axınının əhəmiyyətli dərəcədə artması ilə əlaqədar Xorvatiya ilə sərhəddə nəzarəti gücləndirir.

Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Bildirilib ki, bəzi sərhəd keçidlərinin arxasında nəzarət-buraxılış məntəqələri qurulub. Eyni zamanda polis qonşu respublika ilə sərhəd nəzarətinin bərpasından söhbət getdiyini təkzib edib. Sloveniyanın hüquq-mühafizə orqanları qeyd edib ki, dövlət yalnız miqrantların gəldiyi dəhlizlərə polis nəzarətini gücləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR