Braziliyalı əfsanəvi futbolçu Ronaldo Nazario bir müddətdir birlikdə olduğu sevgilisi ilə ailə həyatı qurub.
Metbuat.az xəbər verir ki, Ronaldo toyda iştirak edən və toya gəlməyən tanışlarından çoxlu təbrik mesajı alıb. Məlumata görə, Ronaldonu ilk təbrik edənlər arasında onun keçmiş həyat yoldaşı Milene Dominges də olub. Bildirilir ki, Dominges tətildə olduğu üçün toyda iştirak edə etməyib.
O, sosial media hesabında "Sənin üçün xoşbəxtəm. Allah səni hər zaman qorusun, xeyir-dua versin. Yaşasın sevgi” deyə paylaşım edib. Qeyd edək ki, Ronaldo bundan əvvəl iki dəfə rəsmi nikahda olub.