Qarabağda sülhməramlılar qalacaq? - Peskovdan AÇIQLAMA

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır.

Metbuat.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının inkişafı Rusiya Federasiyası, Ermənistan və Azərbaycan üçün vacibdir və Moskva bu işi davam etdirməyə ümid edir.

Peskov Qarabağdakı Rusiya sülhməramlı qüvvələrindən də danışıb. O qeyd edib ki, artıq Azərbaycan ərazisində olan Rusiya sülhməramlılarının işi Bakı ilə müzakirə predmeti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR