Super ulduza fantastik təklif - "Barselona"ya taleh quşu qondu

Səudiyyə Ərəbistanından cəlbedici təkliflər alan Robert Levandovski bu təkliflərə hələlik cavab verməsə də, futbolçu Avropanı tərk edə bilər.

Metbuat.az xəbər verir ki, "Barselona" ilə ilk mövsümündə La Liqa çempionluğunu qazanan hücumçuya Səudiyyə klublarından təkliflər var. Kataloniya komandası ilə müqaviləsi 2025-ci ilə qədər davam edən polşalı hücumçunun ötən yay Səudiyyə Ərəbistanının 4 komandasından təklif aldığı deyilir. Məlumata görə, “Barselona” klubu futbolçunun bu mövsümdəki performansından asılı olaraq, onun transferinə qərar verəcək. Klub rəhbərliyi Səudiyyə klublarından irəli sürülən fantastik təklifləri qəbul edərək, maliyyə vəziyyətini düzəldə bilər. "Sport"un xəbərinə görə, Səudiyyə Ərəbistanının “Abha FC” klubu hücumçu üçün fantastik təklif irəli sürüb.

“Barselona”dakı ilk mövsümündə bütün yarışlarda 33 qol vuran Levandovski yeni mövsümə yaxşı formada daxil oldu. 35 yaşlı oyunçu oynadığı 9 matçda 6 qol vurub, 4 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR