Veriliş efirə getməmiş aparıcısı dəyişdi

ATV-də bu mövsüm yayımlanmağa başlayan "Rəngarəng səhər" proqramının aparıcısı dəyişib.

AMetbuat.az Axşam.az-a istinadən xəbər verir ki, verilişin tanıtım çarxında aparıcı İlhamə Bədəlova ilə Zaur Nəbioğlu görünsə də, İlhamə efirə çıxmayıb.

Bu gün ilk bölümü yayımlanan verilişdə tamaşaçıların "Xəzər TV"dən tanıdığı Aysel Novruzova aparıcı qismində görünüb. O, Zaurla birlikdə proqrama aparıcılıq edib.

Qeyd edək ki, İlhamə ATV kanalında "Həkimsən" proqramına aparıcılıq edir. Aysel isə "Xəzər TV"də "Səhər mərkəzi" proqramından tamaşaçılara tanışdır. O, aparıcı Afaq Gəncəli səhhətində problem olduğu üçün efirə çıxmayacağını açıqlayandan sonra onun yerinə efirə çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR