“Zəlzələ kahini”ndən qorxunc proqnoz - Bu müsəlman ölkəsi sirkələnəcək

Özünü “zəlzələ kahini” kimi təqdim edən hollandiyalı Frank Hoogerbeetsin verdiyi yeni açıqlama gündəm olub.

Metbuat.az xəbər verir ki, Hollandiyada qurduğu “SSGEOS” adlı araşdırma qrupu ilə işini davam etdirən Hoogerbeets, Pakistanda güclü zəlzələ olacağını iddia edib. Hoogerbeetsin açıqlamaları Pakistanda panika yaradıb. Pakistan Meteorologiya İdarəsi iddialarla bağlı açıqlama verməyib. Bundan əvvəl Pakistan Meteorologiya İdarəsi zəlzələ ilə bağlı proqnozların heç bir elmi əsası olmadığını bəyan etmiş və oxşar iddiaları təkzib etmişdi.

Qeyd edək ki, Hoogerbeets Kahramanmaraş zəlzəsindən üç gün əvvəl sosial media hesabında “Cənubi-Mərkəzi Türkiyə, İordaniya, Suriya və Livanda gec-tez 7,5 bal gücündə zəlzələ olacaq" deyə yazmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR