Xankəndinə dair böhtanların üstündən xətt çəkildi - BMT-dən açıqlama

BMT-nin sözçüsü Stefan Düjarrik Azərbaycan hökumətinin dəvəti ilə BMT nümayəndə heyətinin Qarabağ bölgəsinə səfəri barədə məlumat verib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, nümayəndə heyətinin regionda humanitar ehtiyacları müəyyən etməyə çalışdığını bildirən Düjarrik qeyd edib ki, nümayəndə heyətinin tərkibində Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin nümayəndələri təmsil olunub.

Düjarrikin sözlərinə görə, nümayəndə heyəti erməni mülki şəxslərə qarşı zorakılıq faktı aşkar etməyib və bölgədəki mülki infrastrukturlar hədəfə alınmayıb.

Xəstəxanaların, məktəblərin, evlərin, dini və mədəniyyət mərkəzlərinin hədəfə alınmadığını və Azərbaycan hökumətinin yenidən səhiyyə xidmətlərinin fasiləsiz təmin edilməsi üçün fəaliyyətə başladığını bildirən Düjarrik, kənd təsərrüfatı sahələrinə və heyvanlara zərər verilmədiyinin müşahidə edildiyini qeyd edib.

Düjarrik bildirib ki, nümayəndə heyəti regiondakı erməni icmasının nümayəndələri ilə də görüşüb.

Qeyd edək ki, Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra bəzi dairələr tərəfindən Qarabağda dinc erməni əhalisinə qarşı zorakılıq edildiyinə dair böhtanlar atılıb. Belə böhtanları məşhur amerikalı aktyor Mel Gibson da səsləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR