Alla Puqaçovanın dəfn olunacağı yer bəlli oldu

Məşhur müğənni Alla Puqaçova Moskvadakı Kuzminsk qəbiristanlığında özünə məzar yeri alıb.

Metbuat.az.az lent.az-a istinadən bildirir ki, o ailə məzarlığının tikilməsi üçün artıq inşaatçıları cəlb edib. Məlumata görə, Allanın hazırlatdığı ailə məzarlığının ətrafına hasar çəkiləcək və üzərinə xüsusi gerb həkk olunacaq.

Primadonna 2011-ci ildə 60 yaşında vəfat etmiş qardaşının yanında dəfn edilmək istəyir.

Ölmədən özünə məzar yeri seçən tək məşhur Alla Puqaçova deyil. Mərhum müğənni Janna Friske, Fedor Şalyapin, Aleksandr Buynov da ailəvi məzarlıq yerləri satın alıblar.

Xatırladaq ki, Alla Puqaçova Rusiyanın Ukraynaya müharibə elan etməsinə etiraz əlaməti olaraq, ailəsi ilə İsrailə köçüb gedib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı