Qənirə Paşayevanın arxiv fotosunu paylaşdı: "Albomundan oğurlamışdım"

"Bu şəkili albomundan oğurlamışdım. 2001 ci il olardı. Mirəli Qaşqayda yaşayırdız və Moskva səfərindən qayıtnışdın. Rəhmətlik Heydər Əliyevlə Kremlə getmişdiz. Buranın Kremlin dəhlizi olduğunu demişdin. Sən danışdıqca xəyal edirdim. Gözəl olduğun üçün hər bir operator şəkilini çəkirdi. Səndəki gözəlliyi ağlın daha cazib və sirli edirdi. Hə, şəkilləri göstərəndə bunu götürdüm, bu mənim olsun dedim, gülümsəyib razılaşdın. Qəlbin o qədər geniş idi, heç nəyə yox deməzdin..."

Metbuat.az Olay-a istinadən xəbər verir ki, bu sözləri jurnalist Qənirə Ataşova mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı deyib.

"Bu gün evimdən köhnə şəkillərin içindən onu tapdım. Bir gün o şəkili sənə hədiyyə edəcəkdim. Bundan sonra bu şəkil evimi və həyatımı bəzəyəcək. Bu şəkildəki üzün məni yandırıb yaxır… Gedə bilmirəm sizə. Adımdan indi utanıram. Səndən sonra bu ad mənə ağır gəlir, əziz Qənirə… Bu gün ilk cüməndir. Allahın sevimli bəndəsi olduğun üçün əminəm cənnətdəsən" - deyə jurnalist qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR