Azərbaycanda əmək müqavilələrinin sayı artıb

2023-cü ilin oktyabr ayının 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1.770,3 minə çatıb.

Dövlət Vergi Xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu göstəricinin həcmi 2019-cu ilin əvvəli ilə müqayisədə 368,3 min vahid artıb.

Qeyd edək ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 340,9 min artaraq 880,8 min olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR