Zaqatala, 4 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunun çay plantasiyalarında ikinci yığım dövrünə başlanılıb. Hazırda rayonda çay plantasiyalarının becərilməsi və çay istehsalı ilə 2 emal müəssisəsi məşğul olur.
Rayonun Qazangül yaşayış massivində fəaliyyət göstərən “Çay-Tala” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) təsisçisi Həsən Həsənov AZƏRTAC-a bildirib ki, müəssisənin 12 hektar məhsuldar çay plantasiyası var. Plantasiyalara qulluq və çay yığımı ilə əlaqədar 22 fermerlə icarə müqaviləsi bağlanılıb. Mövsümün əvvəlindən indiyədək plantasiyalardan 5 ton yaşıl çay kütləsi yığılıb. Təhvil verilən hər kiloqram yaşıl çay yarpağı üçün 1 manat ödənilir. Müəssisədə indiyədək 1 ton quru çay emal olunub. İstehsal olunan məhsul satış üçün əsasən daxili bazara çıxarılır.
H.Həsənovun sözlərinə görə, havalar əlverişli, yəni rütubətli, yağıntılı keçərsə, növbəti yığım dövrlərində məhsuldarlığın artacağı gözlənilir.
Digər emal müəssisəsi - “Zaqatala-Çay” MMC-yə məxsus çay plantasiyalarından isə indiyədək 5,3 ton yaşıl çay yarpağı toplanılıb. Məhsul yığımı ilə 30 icarədar məşğul olur. Hazırda müəssisənin çay plantasiyalarında ikinci yığım dövrü davam edir.
Zaqatalanın çay plantasiyalarından indiyədək 10 tondan çox yaşıl çay yarpağı yığılıb