LDU-da “Meksikanın tarixi və memarlıq irsi” foto-sərgisinə baxış olub - FOTO

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub. Xanım səfiri LDU-nun rektoru, prof. Natiq İbrahimov qəbul edib.

Metbuat.az xəbər verir ki, qarşılıqlı səmimiyyət və işgüzarlıq şəraitində keçən görüşdə hörmətli qonağa Lənkəran Dövlət Universiteti barədə ətraflı məlumat verilib. Xanım səfirlə görüş zamanı Meksikadaki universitetlərlə əməkdaşlığın qurulmasi, ikitərəfli elmi tədqiqatların aparılması, tələbə təqaüd proqramlari ətrafında muzakirələr aparılıb.

Söhbət zamanı cənab səfir bildirib ki, LDU-da aqrar yönümlü ixtisaslarda tələbə hazırlığından məlumatlıdırvə bu istiqamətin daha da inkişaf etdirilməsi üçün universitetə dəstək olmaga hazirdir.

Görüşdən sonra Lənkəran Dövlət Universitetinin Elmi kitabxanasının akt zalında Meksika Birləşmiş Ştatlarının Azərbaycandakıfövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero və onu müşayət edən nümayəndə heyəti ilə universitetin professor-müəllim-tələbə heyətinin görüşü olub. Görüşdə çıxış edən xanım səfir LDU-da gördüklərindən məmnun qaldığını, Azərbaycan və Meksika xalqlarının qədim tarixə, güclü dövlətçilik ənənələrinə malik olduğunu deyib, Meksikanın qədim tarixi abidələrini əks etdirən foto-sərgiyə baxışın iştirakçılar üçün maraqlı olacağını bildirib.

Qeyd edək ki, LDU-nun akt zalında Meksikanın nadir tarixi-memarlıq irsini təqdim edən "Meksikanın tarixi və memarlıq irsi" adlı maraqlı fotosərgi açılıb. Məşhur azərbaycanlı fotoqraf Aydın Sadıxovun fotoşəkillərindən ibarət sərgi iştirakçılara Meksikanın ən qədim şəhərlərinin tarixi və memarlıq şah əsərlərinin sirli və heyrətamiz dünyası ilə unikal tanışlıq imkanıverib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı