"Prius" sürücüsünün bu görüntüsü həyəcana səbəb oldu - DYP hərəkətə keçdi / VİDEO

Bakıda "Toyota Prius" markalı avtomobilin sürücüsünün görüntüləri həyəcan doğurub.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, görüntülər Yasamal rayonu Mətbuat prospektindəki “50 qəpik" adlanan avtoyuyucuda lentə alınıb. Sürücünün qeyri-adekvat hərəkətləri ətrafdakıların diqqətindən yayınmayıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, məlum video ilə bağlı məsələ nəzarətə götürülüb: "Araşdırma aparılır. Lazımi tədbirlər görüləcək".

Görüntüləri olduğu kimi təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı