Putindən quru əməliyyatları barədə xəbərdarlıq

Rusiya Prezidenti Vladimir Putin İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB liderlərinin sammitində dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantısında çıxış edib. O bildirib ki, İsrail ordusu Qəzza zolağında quru əməliyyatına başlayacağı təqdirdə bunun ağır nəticələri olacaq. Putin mülki əhali arasında itkilərin qəbuledilməz olduğunu bəyan edib.

“Fələstin-İsrail münaqişəsinin görünməmiş şəkildə intensivləşdiyi və hər iki tərəfdən minlərlə mülki vətəndaşın öldüyü və yaralandığı hadisələr haqqında bir neçə kəlmə deməyə bilməzdim. Hər iki tərəfdən ölən və yaralananlar var. Baş verənlər israillilər və fələstinlilər üçün böyük faciədir. Hazırda onların üzləşdiyi böyük faciə birbaşa ABŞ-ın Yaxın Şərqdəki uğursuz siyasətinin nəticəsidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR