Avropadan Çinə mühüm səfər

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Çinin paytaxtı Pekində səfərdədir.

Metbuat.az xəbər verir ki, Borrell bildirib ki, Avropa İttifaqı Çinin yüksəlişinin qarşısını almağa çalışmır. “Biz Çinin böyüməsinin qarşısını almağa çalışmırıq” deyən Borrelin sözlərinə görə, Avropa İttifaqı əksinə, Çin iqlim dəyişikliyi, səhiyyə və inkişaf etməkdə olan ölkələr üçün borcların aradan qaldırılması kimi qlobal problemlərin həllində daha fəal rol almasını istəyir. Borrell həmçinin bildirib ki, Aİ mühüm beynəlxalq məsələlərdə Çinlə birgə hərəkət etmək istəyir.

Borrell həmçinin bildirib ki, Avropa İttifaqı BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq qurumlarda islahatların aparılmasının zəruriliyini qəbul edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı