Belçika - İsveç oyunu təxirə bu səbəbdən təxirə salındı

AVRO-2024-ün seçmə mərhələsində keçirilən Belçika - İsveç oyunu təxirə salınıb.

Metbuat.az xəbər verir ki, buna səbəb Heysel stadionunun yaxınlığında İsveçin iki vətəndaşı qətlə yetirilməsi olub. Belə ki, “Slayem Slouma” təxəllüsü ilə şəxs İsveç millisinin iki azarkeşini güllələyib. Hadisə ilə əlaqədar şəhərdə dördüncü, ən yüksək təhlükə səviyyəsi tətbiq edilib.

Şübhəli hazırda azadlıqdadır və hüquq-mühafizə orqanları axtarışlara davam edir.

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ölən şəxslərin ailələrinə başsağlığı verib, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq hücumu qınayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı