Putin Çinə səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibə səbəbindən ABŞ və Qərblə münasibətlərində gərginliyin davam etdiyi bir vaxtda özünün "strateji tərəfdaşı" kimi gördüyü Çinə səfər edib.

Metbuat.az xəbər verir ki, Pekində foruma qatılan Putin ardınca Çin sədri Si Cinpinlə görüşəcək. Putinin Si Cinpinlə iqtisadi əlaqələr, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə İsrail və Fələstin arasında gərginliyin artması ilə bağlı müzakirələr aparacağı qeyd edilir. Bildirilir ki, Rusiya lideri Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri ilk dəfə Çinə səfər edir. Beynəlxalq və regional gərginliyin artdığı bir vaxtda səfərin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq koordinasiyasını gücləndirəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR