Meşəli hadisələrini onlar törədib - Xaçatryan

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verir. Onlar Meşəli hadisələrinə Vaqif Xaçatryanın rəhbərlik etdiyini vurğulayıblar. Vaqif Xaçatryan isə onlara cavab olaraq Meşəli hadisələrini törədənlərin Ermənistandan, xaricdən gələnlər olduğunu, Daşnaksütyun Partiyasının üzvləri olduqlarını açıqlayıb.

O bildirib ki, həmin hadisələrdə iştirak etməyib. Prosesdə ifadə verən zərərçəkmişlər isə Vaqif Xaçatryanı tanıdıqlarını, Meşəlidə cinayət törədənlərədn birinin də o olduğunu bildiriblər. Vaqif Xaçatryan deyib ki, Meşəli kəndinə hücum planı bir gün əvvəl Xankəndidə hazırlanıb, həmin dəstənin başçıları Xankəndidən olub, onların adlarını bilməyib: "Bizim kənddən iştirak edənləri tanıyıram. Amma o biriləri tanımıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı