Sabunçuda iki nəfərin ölümü ilə bağlı cinayət işi açıldı

Sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi nəticəsində almış olduqları xəsarətlərdən xəstəxanada ölüblər.

Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, ölüm faktları ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı