Bu günədək ümumilikdə 25 545 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
Metbuat.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, bu günədək ümumilikdə 623 reys həyata keçirilib.
Qeyd edilib ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 24 yanvar 2022-ci ildə istifadəyə verilib.