İsraildə daha 3 Azərbaycan vətəndaşı həlak olub? - RƏSMİ AÇIQLAMA

Ötən gün İsrail KİV-ləri HƏMAS-ın İsrailə hücumu nəticəsində 3 Azərbaycan vətəndaşının həlak olduğunu, 1 nəfərin isə itkin düşdüyünü qeyd edib.

Metbuat.az Trend.az-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən bu məlumatın hələlik öz təsdiqini tapmadığı bildirilib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, həlak olan azərbaycanəsilli şəxslərin sayı 8 nəfərdir.

Həmin 8 nəfərin adları:

Şamil Abbasov (İsrail vətəndaşı)

Emin Axundov (İkili vətəndaş)

İlkin Nəzərov (İkili vətəndaş)

Lior Əzizov (İsrail vətəndaşı)

Roman Gandel (İsrail vətəndaşı)

Eden Abdullayev (İsrail vətəndaşı)

Emil Samuyelov (İsrail vətəndaşı)

Jiar Davidov (İsrail vətəndaşı)

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1400-ü keçib, 3000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı