İsrailin HƏMAS-la döyüşdə həlak olan əsgərlərinin sayı AÇIQLANDI

Oktyabrın 7-dən bu yana İsrail və HƏMAS arasındakı müharibədə İsrailin 306 hərbçisi həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə Ordu məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS Qəzza zolağından İsrailə raket atıb. Bundan sonra isə tərəflər arasında müharibə başlayıb.

Son rəqəmlərə görə, Bu günədək İsraildə 1402 mülki şəxs ölüb, 4475 yaralanıb. Qəzza zolağında isə 3488 nəfər ölüb, 12000-dən çox insan yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR