Müğənnini öldürən əri barədə QƏRAR VERİLDİ

Müğənni Yaqut Nərimanı (Həşimova) qətlə yetirməkdə ittiham olunan əri Anar Həşimov hakim qarşısına çıxarılıb.

Metbuat.az "Qafqazinfo”ya istinadən bildirir ki, Nizami Rayon Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxs barədə həbs qətimkan qərarı verilməsini istəyib. Məhkəmə istintaq orqanının təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, A.Həşimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 39 yaşlı Anar Həşimovun Nizami rayonunda birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 38 yaşlı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli şəxs qismində tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı