“Bölgə barıt çəlləyinə bənzəyir, partlayışın baş verməsi, vəziyyətin nəzarətdən çıxması ehtimalı var”.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 19-da Səudiyə Ərəbistanının Ciddə şəhərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
O, İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar iclasında müzakirə olunan məsələlərdən, HƏMAS-İsrail qarşıdurması nəticəsində baş verən hadisələrdən danışıb.
Nazir bildirib ki, iclasda hərbi cinayətlərə dərhal son qoyulmasının vacibliyi ilə bağlı razılıq əldə olunub.