"Rəfah" sərhəd-keçid məntəqəsi bağlandı - YENİLƏNİB - 2

Bu gün yerli saatla saat 10:00-da açılan "Rəfah" keçid məntəqəsi yenidən bağlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd edilib ki, 20 yük maşını keçdikdən sonra keçid yenidən bağlanıb.


11:29

"Rəfah" sərhəd-keçid məntəqəsi açılıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Qeyd eidlib ki, humanitar yardım, o cümlədən dərman və dərman preparatları olan yük maşınları Misirin Rəfahdakı keçid məntəqəsindən Qəzza zolağına keçməyə başlayıb.

10:29

"Rəfah" sərhəd-keçid məntəqəsinin bu gün yerli vaxtla 10:00-da açılacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfirliyi məlumat yayıb.

"Bizə Qəzza ilə Misir arasındakı Rəfah Sərhəd Qapısının şənbə günü yerli vaxtla saat 10:00-da açılacağı barədə məlumat verildi. Sərhədin necə açılacağını bilmirik. Xarici vətəndaşların Qəzzanı tərk etmələri uzun müddət açıq qalacaq”, - deyə qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR