Bu foto dünyanın gündəmindədir - HƏMAS niyə 2 girovu azad edib?

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam” briqadaları girov götürdükləri ABŞ vətəndaşlarını azad ediblər.

Metbuat.az xəbər verir ki, azad edilən ana və onun qız övladıdır

Məlumata görə, amerika vətəndaşları müharibə başlamazdan əvvəl İsrailə qohumlarınını evinə qonaq gəliblər. Müharibə başlayan gün isə onlar girov götürülüb.

Bildirilib ki, ananın sağlıq durumu yerində olmadığına görə, HƏMAS onları azad etməyə qərar verib.

Qeyd edək ki, Amerika prezidenti Co Bayden danışıqların aparılmasına görə Qətərə təşəkkür edib. Ağ Ev, qalan 10 amerikalı girovu azad etməyə çalışdıqlarını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı