Əli Əsədov və Nikol Paşinyan Tbilisidə çıxış edəcəklər

Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Baş naziri Əli Əsədov Tbilisidə keçiriləcək IV Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcəklər.

Metbuat.az xəbər verir ki, bu barədə tədbirin rəsmi saytında məlumat verilib.

Forum oktyabrın 26-27-də baş tutacaq.

Forumun gündəliyinə əsasən, ilk gündə əvvəlcə Ermənistan Baş naziri Paşinyan, sonra isə Azərbaycan Baş naziri Əli Əsədov açılış nitqi ilə çıxış edəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı