“Barselona”nın futbolçusu “Qalatasaray”a gedir? - Ortalığı qarışdıran iddia

"Qalatasaray"ın "Beşiktaş" üzərindəki qələbəsi ilə bağlı paylaşımını bəyənən "Barselona"nın futbolçusu İlkay Gündoğanın Türkiyəyə transfer olacağı barədə iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, Gündoğanın “Qalatasaray”ın postunu bəyənməsi və şərh yazması belə xəbərlərin dərc edilməsinə səbəb olub.

Bildirilir ki, bundan əvvəl adı “Qalatasaray”la hallanan İlkay Gündoğan “Qalatasaray” azarkeşidir. O, müsahibəsində "Qalatasaray" azarkeşi olduğunu bildirib. İddialara görə, Türkiyə klubu futbolçunu transfer etməkdə maraqlı olsa da, hələki bu reallaşmayıb. Mövsümün əvvəllində də oxşar iddialar ortaya atılıb. Növbəti mövsümdə futbolçunun “Qalatasaray”ın hədəfində olduğu və Gündoğanın karyerasının sonunda Türkiyədə futbol oynaya biləcəyi qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR